Bakı, 27 yanvar, AZƏRTAC
"Turan Tovuz" komandası futbolçusu Abdulla Rzayevlə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İcarə əsasında bölgə təmsilçisində çıxış edən futbolçu müqavilə ilə məxsus olduğu "Sabah" klubuna qayıdıb.