Bakı. Trend:
Yanvarın 27-də Holokost Qurbanlarının Beynəlxalq Anım Günümünasibətilə Dağ Yəhudiləri Muzeyində soyqırım qurbanlarınxatirəsinə həsr olunmuş tematik sərgi təşkil olunub.
Sərgidə XX əsrin ən dəhşətli faciələrindən biri olan Holokostuntarixi, nasistlər tərəfindən Auşvits (Osventsim) konsentrasiyadüşərgəsində amansızca qətlə yetirilən qurbanların foto şəkillərinümayiş olunub.
Tədbirdə ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Emi Karlonvə onu müşayiət edən nümayəndə heyəti, Beynəlxalq STMEGİ Fondununprezidenti Qerman Raşbiloviç Zaxaryayev, eləcə də Dağ YəhudiləriMuzeyinin kuratoru Vladislav İlyuşayeviç Yusupov iştirakediblər.
Sərgi çərçivəsində Muzeyin direktoru İqor Aleksandroviç Şaulovtərəfindən ali qonaqlara muzeyin fəaliyyəti, dağ yəhudilərinintarixi, zəngin mədəni irsi, adət-ənənələri və bu icmanınAzərbaycanın tarixində oynadığı mühüm rol haqqında ətraflı məlumatverilib.
Tədbirdə çıxış edən Emi Karlon soyqırımla bağlı tarixi yaddaşınqorunmasının, antisemitizmə qarşı mübarizənin və keçmiş faciələrintəkrarlanmamasının vacibliyini qeyd edib.
Anım mərasimi zamanı ravvin tərəfində holokost illərində həlakolan altı milyon yəhudinin xatirəsinə dualar oxuyub, daha sonraxatirə şamları yandırılıb.
Muzey ziyarətindən sonra qonaqlar Qırmızı Qəsəbə ilə tanışolublar. Səfər çərçivəsində qəsəbədə yerləşən sinaqoqlar ziyarətedilib, Qırmızı Qəsəbənin simvollarından biri olan tarixi tağlıkörpüyə səfər təşkil edilib.
Qeyd edək ki, 1945-ci ildə Auşvits (Osventsim) konsentrasiyadüşərgəsinin azad edilməsi münasibətilə Birləşmiş MillətlərTəşkilatı tərəfindən hər il yanvarın 27-i Holokost QurbanlarınınBeynəlxalq Anım Günü kimi qeyd olunur.