Məşhur müğənni Ece Seçkin şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, yutub layihələrindən birinə qonaq olan ifaçı həyat yoldaşı Çağrı Terlemez ilə təyyarədə tanış olub ailə qurduğunu deyib:
"Həyat yoldaşım pilotdur. O Sinopdandır. Həmin vaxt isə təyyarədə sərnişin olaraq uçurdu. Bunu eşidəndə hamı elə bildiki, biz onunla pilot kabinində tanış olmuşuq. Amma bu belə deyil. O da, mən də adi sərnişin idik. Sinopda bir konsertim var idi. O da illər sonra Sinopa ailəsini və dostlarını ziyarət etməyə gedirdi. Bizim də tanışlıq hekayəmiz məhs elə o təyyarədə başladı. Daha sonra gördük, yaxşı münasibətimiz var idi. Beləliklə, ailə qurduq".
Qeyd edək ki, Ece Seçkin artıq 4 ilə yaxındır ki, Çağrı Terlemez ilə evlidir.