Avstraliyanın Queensland əyalətində təyyarə qəzası baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2 nəfər həyatını itirib, təyyarəni bürüyən alovlar isə meşə yanğına səbəb olub.
Hadisə yerli vaxtla saat 06:00 radələrində baş verib. Gold Coast şəhərinin şimalında yerləşən şəxsi hava limanı olan Heck Field yaxınlığında baş verən qəza nəticəsində təyyarədəki 73 yaşlı pilot və bir sərnişin həyatını itirib.