AZ

“Vinisius “Real Madrid”ə ayrılmağa hazır olduğunu deyib” − KİV

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Vinisius Junior “Real Madrid” rəhbərliyinə aprel ayına qədər müqavilənin uzadılması barədə razılığa gəlinməsə, klubdan ayrılmağa hazır olduğunu açıq şəkildə bildirib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Nasser Əl-Xelayfinin rəhbərlik etdiyi “Paris Saint-Germain” braziliyalı hücumçuya böyük maraq göstərdiyi bildirilir. Vinisiusun təxminən 30 milyon avro maaş alacağı barədə şayiələr gəzir.

Vinisius Junior 2018-ci ildə 45 milyon avroya “Real Madrid”ə keçib. O, bu mövsüm klubun heyətində 31 oyunda meydana çıxıb, yeddi qol vurub və 11 məhsuldar ötürmə edib. Vinisiusun “Real Madrid” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir və “Transfermarkt”a görə, onun bazar dəyəri 150 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
yeniavaz.com

1Mənbələr