AZ

Ukrayna səfiri Macarıstan XİN-ə çağırılıb

Ukraynanın Macarıstandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "X" hesabında yazıb.

Onun sözlərinə görə, buna səbəb Ukraynanın Macarıstanda seçkilərə müdaxilə etməsi, o cümlədən Kiyevin seçkilərin nəticələrinə və seçki prosesinə təsir etmək cəhdləridir.

"Son həftələrdə Ukrayna Prezidenti və hökuməti açıq, həyasız və aqressiv müdaxilə kampaniyası aparır. Onların məqsədi aydındır - "Tisa" partiyasının xeyrinə Macarıstanda seçkilərə təsir göstərmək", - P.Siyarto yazıb.

Seçilən
64
9
far.az

10Mənbələr