AZ

Rusdilli “Tsargrad.tv”də Azərbaycan-Türkiyə münasibətlərini hədəf alan dezinformasiya kampaniyası aparılır - MEDİA

Bir sıra xarici onlayn xəbər kanallarında və sosial media seqmentlərində Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatların yayılması halları müşahidə olunur.

Medianın İnkişafı Agentıiyindən (MEDİA)  verilən məlumata görə, aparılmış ilkin araşdırmalar nəticəsində bu dezinformasiya kampaniyasının internetin rusdilli seqmentində "Tsargrad.tv" resursundan qaynaqlandığı aşkar edilib.

"Ölkəmizə qarşı yönəlmiş, saxta və manipulyativ məzmunlarla ictimai rəyi çaşdırmağa çalışan, Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağa xidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildə qınayır və qəbuledilməz olduğunu vurğulayırıq.

Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin media subyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə və informasiya mühitinin qorunması istiqamətində məsuliyyətli davranmağa çağırırıq.

Hər iki ölkənin ictimaiyyətini saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə dəvət edirik", - məlumatda bildirilir.

Qeyd edilir ki, MEDİA bu kimi halların qarşısının alınması və vahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
49
49
olaylar.az

10Mənbələr