Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması təmin olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində keçirilən iclasda bildirilib.
İclasda sözügedən məsələ də daxil olmaqla, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilib.