AZ

Rusiyanın məşhur qrupunun Tiflisdəki konserti ləğv edildi

Axar.az saytına istinadən ain.az xəbər verir.

Rusiyanın məşhur “Tatu” qrupunun yanvar ayında Tiflisdə keçirilməsi planlaşdırılan konserti ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə bilet satışı ilə məşğul olan “Biletebi.ge” saytı məlumat yayıb.

"Hazırda konsert ləğv edilib və baş tutmayacaq. Hər hansı bir tədbirin elanı veb saytımızda və sosial mediada yerləşdiriləcək. Xəbərləri izləyə bilərsiniz", - deyə bildirilib.

Belə ki, “Tatu”nun konserti 30 yanvar tarixində yerli vaxtla saat 21:00-da Tiflis İdman Sarayında keçirilməli idi.

Konsertin ləğv edilmə səbəbi açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
2
axar.az

3Mənbələr