AZ

Hamilə qadınlar mobil tətbiqlərdən xəbərdardırmı? Mama ginekoloqdan açıqlama

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu məqsədlə mobil tətbiqlər yaradılıb. Hər bir hamilə qadın bu tətbiqlər vasitəsilə hamiləlik dövründə və hamiləlikdən sonrakı mərhələdə həm özünə, həm də körpəsinə qulluqla bağlı mühüm məlumatlar əldə edə bilər.

Bəs hamilə qadınlar bu tətbiqlərdən xəbərdardır? Mama-ginekoloq Təranə Həsənova Qaynarinfo-ya açıqlamasında hamilə qadınların əksəriyyətinin bu tətbiqlərdən xəbərsiz olduğunu hesab edir:

"Məsələn, mənim yanıma gələn və doğuş üçün hazırlaşan hamilə qadınların heç birindən belə tətbiqlərdən istifadə etməsi ilə bağlı fikirlər eşitməmişəm. Hamilə qadınlar özləri ilə bağlı hər şeylə maraqlanırlar. Hətta hamiləliyin hansı həftəsi, hansı gününə kimi bilirlər və bunların hər birini telefonlarına yükləyirlər. Yanıma gələndə soruşurlar ki, hamiləliklə bağlı bir neçə tətbiq var, bunların hansı düzdür? Amma ola bilər ki, digər tətbiqlərdən hamilələr xəbərdar deyil”.

Təranə Həsənova bu layihəni alqışladığını əlavə edib:

"Gözəl bir addımdır, hamilə və sonra ana olacaq qadın özünə çox yaxşı məlumatlar əldə edə biləcək. Hansı ki, həmin məlumatlarla ana həm özünə, həm də uşağına qulluq edə biləcək və həkimə gələndə də ona az sual verəcək. Həkimə getmək müəyyən vaxt aparır. Bəzisi vaxtında gedə bilir, bəzisi gedə bilmir. Sonra da yoxlamağa gələndə həkim deyir ki, sən bunu filan vaxtı etməliydin, indi gecdir. Məsələn, belə halda qadınlar həmin tətbiqdən istifadə etsələr daha rahat olar”.

Təranə Həsənova bütün qadınların dəblə ayaqlaşmaq istədiyini vurğulayıb:

"İnsanların bir qismi dəblə ayaqlaşmağı çox sevirlər. Burada geyimdən deyil, müxtəlif şeylərdən söhbət gedir. Məsələn, sosial şəbəkələrdə çıxışlar etmək, yeri gəldi-gəlmədi öz həyatlarını nələrəsə sərf etmək və s. estetik əməliyyatlardan istifadə etmək – hansı ki, bu dəb xarakterini alıb. Keysəriyyə əməliyyatı dəb alıb, qadınlar kütləvi şəkildə bu əməliyyata gedir. Qadın deyir ki, qonşum, rəfiqəm bu əməliyyatla dünyaya uşaq gətirib, mən niyə ondan geri qalım? Çoxusu da doğuşdan sonrakı mərhələyə hazırlaşır. Uşağın qırxı çıxanda, bir yaşı olanda təntənəli mərasimlər keçirirlər, böyük xonçalar gətirirlər. Bunların əksəriyyəti mənim xoşuma gələn şeylər deyil”.

Təranə Həsənovanın fikrincə, hamilə qadınlar üçün mobil tətbiqlər təbliğ olunmalıdır.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr