AZ

Norveç uzaqmənzilli artilleriya sistemləri alacaq

Norveç

Norveç parlamenti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 2 milyard dollarlıq uzaqmənzilli artilleriya sistemlərinin alınması planını təsdiqləyib.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, bu addım NATO üzvü olan ölkənin Arktikada, Rusiyaya həmsərhəd bölgələrdə öz müdafiə qabiliyyətini artırmaq məqsədini güdür.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının təzyiqi və Rusiyanın Ukraynaya hücumu səbəbindən Avropa ölkələri hazırda müdafiə xərclərini artırır.

Seçilən
9
6
xalqcebhesi.az

8Mənbələr