AZ

Azərbaycan futbol ölkəsindən 714 inək alıb – Biri 8658 manatdan

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 690 baş safqanlı cins diri iribuynuzlu ev heyvanı (inək) idxal olunub.

Ölkəyə gətirilən inəklərin ümumi gömrük dəyəri 24 milyon 544 min dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycana idxal edilən bir baş inəyin orta gömrük dəyəri təxminən 4 314 dollar (7 330 manat) olub.

Azərbaycana safqanlı cins inəklər aşağıdakı ölkələrdən gətirilib:

Uruqvay – 714 baş (bir başın orta gömrük dəyəri 8 658 manat);

Almaniya – 41 baş (5 739 manat);

Avstriya – 592 baş (7 443 manat);

Çexiya – 1 746 baş (7 472 manat);

Danimarka – 573 baş (6 761 manat);

Estoniya – 1 582 baş (7 137 manat);

Latviya – 74 baş (8 860 manat);

Litva – 21 baş (7 049 manat);

Macarıstan – 223 baş (5 748 manat);

Slovakiya – 124 baş (4 886 manat).

Seçilən
34
11
millitv.net

10Mənbələr