AZ

Ukraynanın AB-yə daxil olması terrorizmin yayılmasını təhdid edir - ÖZƏL

Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema Ukraynanın Avropa Birliyinə daxil olması Avropa ölkələrində terrorizmin yayılmasına səbəb ola biləcəyini bildirib.

"Düşünmürəm ki, Ukrayna AB-yə qoşulmağa hazırdır. Orada çoxlu korrupsiya var və bundan əlavə, ölkədə seçkilər keçirilməlidir", - deyə o, sosial mediada yazıb.

Olaylar xəbər verir ki, siyasətçinin sözlərinə görə, Kiyevin Aİ-yə qoşulmasından sonra Avropa ölkələrində "terrorizmin yayılması təhlükəsi"nin yaranacağı ilə bağlı narahatlıqlar var.

"Financial Times" qəzeti əvvəllər  bir neçə Avropa İttifaqı üzv dövlətinin liderlərinin Kiyevin 2027-ci ildə ittifaqa qoşulmasına qarşı çıxdığını və bu ehtimalın Ukraynadakı silahlı münaqişənin həllinin bir hissəsi kimi müzakirə edildiyini bildirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr