AZ

XIII Qlobal Bakı Forumuna hazırlıq müzakirə olunub

BAKI, 27 yanvar. TELEQRAF

Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon ilə görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə mərkəz "X" sosial şəbəkəsində məlumat yayıb.

"Məhsuldar görüş zamanı tərəflər əməkdaşlığın gücləndirilməsi məsələsini, həmçinin martda keçirilməsi nəzərdə tutulan XIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə ediblər", - məlumatda bildirilib.

Qeyd edək ki, XIII Qlobal Bakı Forumu bu ilin martın 12-14-də keçiriləcək. Forumda 400-dən çox əcnəbi qonaq iştirak edəcək.

Seçilən
29
3
teleqraf.com

4Mənbələr