AZ

ABŞ-də GÖRÜNMƏMİŞ QƏRAR: Federal hakim xidmət rəhbərinin şəxsən gəlməsini TƏLƏB EDİR

ABŞ-da məhkəmədən ICE rəhbərinə sərt tələb irəli sürüb: Miqrantların hüquqlarının pozulmasına görə şəxsən cavab verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

ABŞ-nin Minnesota ştatının federal hakimi, İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin (ICE) direktor vəzifəsini icra edən Todd Layonsun şəxsən məhkəməyə gəlməsini tələb edib.

Layons saxlanılan miqrantlara qanuni dinləmələrin keçirilməsindən niyə imtina edildiyi barədə izahat verməlidir. Məhkəmənin bu qərarı xidmət tərəfindən ciddi hüquq pozuntularına yol verildiyini göstərir.

Hakim Patrik Şilts öz sərəncamında qeyd edib ki, bu, “müstəsna tədbirdir”, lakin ICE-nin məhkəmə qərarlarına əməl etmək istiqamətindəki əvvəlki cəhdləri uğursuzluqla nəticələndiyi üçün bu addım zərurətə çevrilib.

Məhkəmə hesab edir ki, xidmət saxlanılan miqrantların girov müqabilində azad edilməsi ilə bağlı lazımi dinləmələrin keçirilməsi tələblərini görməzdən gəlməyə davam edir və bu, yüzlərlə məhkəmə şikayətinə səbəb olur.

Bu qərar Donald Tramp administrasiyasının Minesota ştatının Minneapolis bölgəsinə minlərlə agent göndərərək həyata keçirdiyi genişmiqyaslı əməliyyat fonunda verilib.

Nəticədə məhkəmələr saxlanılanların iddiaları ilə yüklənib, prokurorluq isə eyni zamanda ICE-nin hərəkətlərinə qarşı çıxan etirazçılara qarşı ittihamlar irəli sürür.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr