AZ

Burhanəddin Duran: "Suriyada kürdlərin hədəfə alındığı iddiaları həqiqəti əks etdirmir"

Kommunikasiya direktoru Burhanəddin Duran bəzi siyasi dairələrin "Suriyada kürdlərin hədəfə alındığı" iddiasının həqiqəti əks etdirmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Duran deyib: "Cəmiyyəti bölən deyil, birləşdirən dildən istifadə etmək bizim kollektiv məsuliyyətimizdir. Faktları təhrif etmək əvəzinə, sağlam düşüncə və birlik hissi ilə danışmalıyıq.

Türkiyənin mübarizəsi etnik kimliklərlə deyil; terrorizm, zorakılıq və qanun xaricində fəaliyyət göstərən strukturlarladır. Türkiyənin mübarizəsi sərhədlərində terror dəhlizinin yaradılmasının qarşısını almaqdır".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
34
1
turkustan.az

2Mənbələr