AZ

Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb

Avtomobillərin

Paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.Ulusum.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb.Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç avtomobildən pul oğurladığı da müəyyən edilib.Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.Avtomobillərinhttps://www.facebook.com

Diqqət Çəkənlər

Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO

Röya Aygün Kazımovanın ad günündə - VİDEO

ŞƏKƏRBURA RESEPTİ – Addım-addım Hazırlanması Video

Seçilən
90
8
ulusum.az

10Mənbələr