Almaniya kansleri Fridrix Merz, Avropa Birliyinin Qrenlandiya danışıqlarının uğuruna mühüm töhfə verdiyini vurğulayıb və əlavə edib ki, "Avropa oyanıb".
Turkustan.az xəbər verir ki, Merz ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında, Danimarka Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ilə keçirilən görüşü barədə paylaşım edib. O, Avropadakı birlik və əməkdaşlığın Qrenlandiya danışıqlarının müvəffəqiyyətində əhəmiyyətli rol oynadığını bildirib.
Merz həmçinin, NATO müttəfiqi kimi Almaniyanın Şimalın təhlükəsizliyini təmin etmək məqsədilə daha güclü səylər göstərəcəyini qeyd edib və bu məsələdə Frederiksen və Nilsenə zəmanət verdiyini söyləyib.
Almaniya hökumətinin mənbələrinə görə, Fridrix Merz, Frederiksen və Nilsen ilə "Welt" qəzeti tərəfindən təşkil olunan qapalı İqtisadi Zirvə Toplantısında görüşüb.
Aytən Yaşar/ Turkustan.az