AZ

Dietoloq şişkinlik yaradan vərdişlər barədə xəbərdarlıq etdi

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bir çox gündəlik vərdişlər orqanizmdə şişkinliyə səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, bu barədə dietoloq Svetlana Lisitsina "Veçernyaya Moskva" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, şişkinlik bədəndə maye çatışmazlığı, gecə yatmazdan əvvəl xüsusilə çoxlu karbohidrat tərkibli qidaların qəbulu, həmçinin aclıq, stress, yuxusuzluq, duzun normadan artıq istifadəsi və ya tamamilə rasiondan çıxarılması, şəkərin həddindən artıq qəbulu ilə əlaqədar yarana bilər.

Bundan başqa, azhərəkətli həyat tərzi, uzun müddət oturaq vəziyyətdə qalmaq və ya hündürdaban ayaqqabı geyinmək limfa durğunluğuna səbəb olaraq şişkinlik yarada bilər.

Dietoloq qeyd edib ki, karbohidratlardan imtina etdikdən sonra onların yenidən rasiona qaytarılması da şişkinliyi artıra bilər.

Lisitsina əlavə edib ki, alkoqol qəbulu da bu problemin yaranmasına təsir göstərir. Pivə, şərab və güclü spirtli içkilər mayenin orqanizmdə tutulmasına səbəb olur və böyrəklərin fəaliyyətini pozur.

Eyni zamanda, hisə verilmiş məhsullar, çipslər, pendir və marinad edilmiş tərəvəzlər kimi duzlu qəlyanaltılar da şişkinliyi gücləndirə bilər.

Dietoloq xəbərdarlıq edib ki, bəzi hallarda şişkinliklər daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Bunlara ürək-damar xəstəlikləri, böyrək və qaraciyər xəstəlikləri, endokrin pozuntular, venoz və limfa çatışmazlığı, eləcə də allergik reaksiyalar daxildir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
baku.ws

3Mənbələr