AZ

Hindistan və Avropa Birliyi tarixi müqaviləyə imza atdılar: Amerika şokdadır

Hindistan və Avropa Birliyi tarixi ticarət müqaviləsi imzalayıblar.

“Reuters” agentliyinin Hindistanın Baş naziri Narendra Modiyə istinadən verdiyi məlumata görə, “Dünən Avropa Birliyi və Hindistan arasında böyük bir müqavilə imzalanıb. Dünyanın hər yerində insanlar onu “bütün müqavilələrin anası” adlandırırlar. Bu müqavilə Hindistanda 1,4 milyard və Avropada milyonlarla insan üçün geniş imkanlar açacaq”, – Modi bildirib.
Hindistanın baş naziri və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Yeni Dehlidə keçiriləcək Hindistan-Aİ sammitində birgə bəyanat verməsi və müqavilənin təfərrüatlarını açıqlaması gözlənilir.

Əvvəllər xəbər verildiyi kimi, müqavilə Hindistanın Avropa avtomobillərinə tarifləri 110%-dən 10%-ə endirməsini və məhdudiyyətləri, xüsusən də Avropa Birliyindən kimyəvi maddələr və əczaçılıq məhsullarına qismən qaldırmasını nəzərdə tutur. “Reuters”in məlumatına görə, 2025-ci ilin mart ayında bitən maliyyə ilində Hindistan və Aİ arasında ticarət 136,5 milyard dollar təşkil edib. Nəşr qeyd edir ki, Hindistan bu yaxınlarda Birləşmiş Krallıq, Yeni Zelandiya və Omanla müqavilələr imzalayıb. Bu müqavilələr seriyası Yeni Dehlinin özünü ABŞ-ın gözlənilməz hərəkətlərindən qorumaq niyyətini açıq şəkildə nümayiş etdirir.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr