AZ

Finlandiyada kişi valideynlərinin cəsədini 30 il soyuducuda saxlayıb

Finlandiyada 80 yaşlı həkim mərhum valideynlərinin cəsədlərini onlarla birlikdə dəfn edilmək üçün 30 il soyuducuda saxlayıb. 

HİT.az xəbər verir ki, bu barədə Finlandiya yayımçısı "Yle" məlumat verib.

Kişi bildirib ki, bu dəfn üsulu valideynlərinin son arzusu olub. Həkimin özünün və qardaşının da eyni məzarda dəfn olunacağı gözlənilir. Nəşrin məlumatına görə, təqaüdçü artıq ailə məzarlığı üçün rəsmi müraciət edib.

"Yle" aydınlaşdırıb ki, 2024-cü ilin sentyabr ayında şəxsi evdə iki donmuş cəsəd - 1994 və 1995-ci illərdə vəfat etmiş kişi və qadın - tapılıb. Ev sahibi mərhum valideynlərinə qarşı cinsi istismarda ittiham olunub. Yerli hakimiyyət orqanları kişi və qadının dəfn edilməsini əmr etsə də, yaşlı oğulları ailəvi dəfn üçün vaxt qazanmaq məqsədilə məhkəmədə qərara etiraz ediblər. 

Jurnalistlər qeyd ediblər ki, mərhumlar ölümündən 30 il sonra Finlandiyanın cənub-qərbindəki Turku şəhərindəki qəbiristanlıqda dəfb edilib.

Samir
 

Seçilən
12
hit.az

1Mənbələr