AZ

Nigeriya prezidenti Ərdoğanla görüşdə yıxıldı - Video

Türkiyədə rəsmi səfərdə olan Nigeriya Prezidenti Bola Tinubu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı yıxılıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rəsmi qarşılanma mərasimində baş verib.

Nigeriya prezidenti xalçaya ilişərək müvazinətini itirib və yıxılıb.

Bildirilib ki, Nigeriya prezidentinin səhhətində hər hansı ciddi problem yaranmayıb və dərhal ayağa qalxaraq tədbiri davam etdirib.


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr