Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2 380 manat ödədiyi əməliyyatdan sonra burun nahiyəsində fəsadlar yarandığını iddia edən vətəndaş məhkəməyə müraciət edib.
Moderator.az"Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Firuzə Əliyeva burun çəpərinin əyriliyi və rinoplastika əməliyyatından sonra səhhətində ciddi problemlər yarandığını iddia edir. Onun sözlərinə görə, əməliyyatdan sonra beynində travma yaranıb, görmə qabiliyyəti zəifləyib, nəfəs alması çətinləşib. Bundan əlavə, burun dəlikləri arasında yerləşən kanallarda iltihab prosesi başlayıb.
Firuzə Əliyeva bildirir ki, bir il əvvəl paytaxtdakı özəl klinikalardan birində lor-cərrah Babək Həsənli tərəfindən əməliyyat olunub. Lakin əməliyyat gözlənildiyi kimi fəsadsız keçməyib.
Onun iddiasına görə, əməliyyat üçün 2 380 manat ödəniş etsə də, sonradan yaranan fəsadların müalicəsi üçün əlavə olaraq 6 min manatdan çox vəsait xərcləməli olub. Bu səbəbdən də o, həkimə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Məsələ ilə bağlı lor-cərrah Babək Həsənli ilə də əlaqə saxlanılıb. O, pasiyentin irəli sürdüyü iddialara münasibət bildirərək qeyd edib ki, Firuzə Əliyeva əməliyyatdan sonra tövsiyə olunan müalicə və reabilitasiya tədbirlərinə əməl etməyib.
Nəsimi Rayon Prokurorluğundan isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.