AZ

Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinin dispozisiyasında əks edilmiş “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, həmin Məcəllənin 228.1-ci maddəsində göstərilən tərkib əlamətlərinin mövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması bu Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

XQ

Seçilən
32
6
xalqqazeti.az

7Mənbələr