AZ

"Futbolçularıma inanıram" - Qurban Qurbanov

Qrup mərhələsində son oyunumuza çıxırıq. Çox möhtəşəm bir stadionda güclü və özünəməxsus oyun üslubuna malik komandaya qarşı mübarizə aparacağıq. Rəqibin futbolçuları hər zaman yüksək istək və motivasiya ilə çıxış edirlər.

"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində “Enfild” stadionunda keçirilən mətbuat konfransında deyib.

“Biz də çalışacağıq ki, meydanda yaxşı oyun nümayiş etdirək. Futbolçularıma inanıram və əminəm ki, onlar sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar”.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da keçiriləcək.

Seçilən
67
13
unikal.az

10Mənbələr