AZ

Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO

Azərbaycanda maraqlı və qeyri-adi toy olub.

Moderator.az Bizim.media-ya istinadən xəbər verir ki, Yevlaxda keçirilən toy məclisində gəlin iştirak etməyib.

Ailənin sözlərinə görə, bu qərar qarşılıqlı razılıq əsasında verilib. Belə ki, gəlin öz toy məclisini canlı bağlantı vasitəsilə izləyib.

Bəyin atası Şirin Şirinov bildirib ki, oğluna təklif edib ki, gəlinsiz toy etsinlər:

“Təxminən 5-6 ay əvvəl oğluma dedim ki, kimi göstəririksə istəmirsən, gəl sənin toyunu edim, sonra qız nə vaxt tapsan, evlənərsən. Bu sözümə güldülər. Aradan bir müddət keçdi, gəldi ki, ata, sən düz deyirsən, gəl, toy edək, qızı sonra taparam. 1 həftənin içində toy məsələni həll etdik, qız kimdir? Tailanddan. Dedim, Allah xoşbəxt etsin, insan insandır. Əsas gəlindir, sonra vaxt olar, gətirərsən”.

Bəyin anası Səfayət Şirinova isə bildirib ki, oğlu Tailanddan olan qızla 1 ildir ki, danışırmış:

“Onun eşqinə ingilis dilini də öyrəndi. Qız universitetdə oxuduğuna görə gətirməyə icazə vermədilər. Guya özü getmişdi qızı gətirməyə. 10 gün qaldı, sonra qayıdıb gəldi. Qızı gətirə bilmədi. Toy etdik, çıxıb getdi. Sadəcə görüntülü danışmışıq qızla. Azərbaycan dilində çoxlu sözlər də bilir. Bizə ana, ata deyir”.

 

Seçilən
19
12
moderator.az

10Mənbələr