AZ

İspaniya hökuməti yüz minlərlə miqranta qanuni status verməyi planlaşdırır

Bakı. Trend:

İspaniya hökuməti ölkədə icazəsiz işləyən və ya qalan yüzminlərlə miqranta qanuni status verilməsi niyyətini açıqlayıb.

Trend xəbər verirki, bu barədə "Associated Press" (AP) Sosial İşlər və Miqrasiyanaziri Elma Saisə istinadən məlumat yayıb.

Nazir təşəbbüsü şərh edərkən jurnalistlərə “Bu gün tarixi birgündür” deyə bildirib.

Onun sözlərinə görə, müvafiq fərmanın qüvvəyə minməsiplanlaşdırılan aprel ayından etibarən immiqrantlar leqallaşdırmaüçün müraciət etməyə başlaya biləcəklər. Qanuni status 31 dekabr2025-ci il tarixinədək İspaniyaya gələn, ölkədə ən azı beş ayyaşayan və cinayət qeydi olmayan şəxslərə şamil olunacaq.

Müxtəlif hesablamalara əsasən, İspaniya hökumətinin bu planından500 minlə 800 min arasında miqrant yararlana bilər. Onlarınəksəriyyətinin Latın Amerikası və Afrika ölkələrindən olduğu,əsasən kənd təsərrüfatı, turizm və xidmət sektorlarında çalışdığıbildirilir.

Seçilən
25
az.trend.az

1Mənbələr