AZ

Suriya təhlükəsizlik qüvvələri Həsəkə və Kamışlıda yerləşdiriləcək

Bakı, 28 yanvar, AZƏRTAC

Suriya Daxili Təhlükəsizlik Qüvvələri ölkənin şimal-şərqində yerləşən, əsasən kürdlərin məskunlaşdığı Həsəkə və Kamışlı şəhərlərinə yerləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-İxbariya” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, qərar Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nin (SDF) komandiri Məzlum Əbdi arasında Dəməşqdə aparılan danışıqlardan sonra qəbul olunub.

Telekanalın məlumatına görə, tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və kürd silahlı qüvvələrinin Suriyanın şimal-şərqindəki şəhərlərdən çıxarılması barədə razılığa gəliblər.

Razılaşmaya əsasən, kürd döyüşçüləri mərhələli şəkildə hökumət və təhlükəsizlik strukturlarına inteqrasiya ediləcək. Bu proses hər iki tərəfin maraqlarını nəzərə alan xüsusi plan çərçivəsində həyata keçiriləcək.

Seçilən
21
1
azertag.az

2Mənbələr