ABŞ Prezidenti Donald Tramp, ABŞ-nin əsas qüvvələrinin İrana yaxınlaşdığını elan edərək, Tehranın razılığa gələcəyinə ümid etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.
"Yeri gəlmişkən, hazırda daha bir böyük, gözəl bir ordu gözəl şəkildə İrana doğru irəliləyir. Ona görə də deyirəm, görəcəyik! Ümid edirəm ki, onlar razılığa gələcəklər", - Tramp bildirib.
Tramp ABŞ-nin 2025-ci ilin iyun ayında İranın nüvə imkanlarını məhv etdiyini vurğulayaraq Fordo, Nətənz və İsfahandakı İran nüvə obyektlərinə zərbələr endirildiyini xatırladıb.