Venesueladan neft tədarükünün kəsilməsi Kubanı çökmə həddinə gətirib.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ayova ştatına səfəri zamanı bildirib.
“Kuba hazırda dağılmaq üzrə olan ölkədir. Onlar Venesueladan pul və neft alırdılar. İndi isə bu imkanlardan məhrumdurlar”, - deyə Tramp vurğulayıb.
Yanvarın 24-də “Politico” qəzeti Tramp administrasiyasının Kubada hökumət dəyişikliyinə nail olmaq məqsədilə ölkənin neft tədarükünü dayandırmaq üçün dəniz blokadası ehtimalını müzakirə etdiyini yazıb. Qəzetin mənbələrinə görə, ABŞ dövlət katibi Marko Rubio bu ideyanı dəstəkləsə də, məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Bundan əvvəl, yanvarın 22-də “The Wall Street Journal” mənbələrə istinadən xəbər verib ki, Tramp administrasiyası 2026-cı ilin sonuna qədər Havanada hakimiyyətin devrilməsi üçün Kuba hökuməti daxilində potensial fiqurlar axtarır.