AZ

Hindistanda təyyarə qəzası - Vəzifəli şəxs həlak oldu

Hindistanın Maharaştra ştatında çarter uçuşu həyata keçirən təyyarə qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində ştatın hökumət başçısının müavini Acit Pavar da daxil olmaqla 5 nəfər ölüb. 

Qeyd olunur ki, səhər saatlarında Mumbaydan havaya qalxan kiçik təyyarə 45 dəqiqə sonra eniş cəhdi zamanı Baramati hava limanı yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, Pavar yerli seçkilərdən əvvəl dörd vacib ictimai görüşdə iştirak etməli idi.

Gülayə Mecid 

Seçilən
43
unikal.az

1Mənbələr