ain.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Bu gün neft qiymətləri bir sıra amillər səbəbindən artmağa davam edir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,34 dollar (0,50%) çox olmaqla 67,91 dollar/barel təşkil edib. Çərşənbə axşamı bu müqavilələr 1,98 dollar (3,02%) artaraq 67,57 dollar/barelə çatıb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət sessiyasında WTI markalı xam neftin mart fyuçerslərinin qiyməti 0,41 dollar (0,66%) artaraq bir barel üçün 62,80 dollara çatıb. Əvvəlki sessiyada onların qiyməti 1,76 dollar (2,90%) artaraq bir barel üçün 62,39 dollara çatıb.
Treyderlər həmçinin İrana qarşı zərbələrdən ehtiyat edərək ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini yaxından izləməyə davam edirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.