AZ

Çanaqqala boğazı bağlandı - SƏBƏB

Çanaqqala Boğazında gəmi problemi səbəbilə gəmilərin keçidi müvəqqəti olaraq qarşılıqlı şəkildə dayandırılıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbuldan Mərakeşin Fəs şəhərinə gedən 292 metr uzunluğunda olan Sinqapur bayraqlı "Maersk Utah" adlı konteyner gəmisinin mühərriki Burhanlı ərazisində problem yaşayıb.

Gəminin kapitanı vəziyyəti Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri İdarəsinə (GTXİ) bildirdikdən sonra əraziyə Sahil Təhlükəsizliyi Baş İdarəsinə bağlı "Kurtarma-20" qurtarma gəmisi göndərilib.

GTXİ, boğazda şimal və cənub istiqamətində hərəkət edən gəmilərin kapitanlarına radiosiqnal vasitəsilə boğazın qarşılıqlı keçidlərə bağlandığını xəbər verib.

Gəminin həyata keçiriləcək qurtarma əməliyyatı sonrası təhlükəsiz əraziyə yönləndiriləcəyi planlaşdırılır.

Seçilən
24
manset.az

1Mənbələr