Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
"Bu il Naxçıvan Muxtar Respublikasında yeni avtobusların istismara verilməsi planlaşdırılır. Burada elektrik avtobuslarının istismara verilməsi nəzərdə tutulub", - nazir müavini deyib.
Qurum rəsmisi əlavə edib ki, həmçinin azad edilmiş ərazilərdə yeni avtobusların istismara veriləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31