AZ

Daşkənd Rusiyadan miqrantlara hörmət tələb edib

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Rusiyanın Özbəkistandakı səfirliyinə istinad edən “RBK” telekanalının məlumatına görə, görüş zamanı miqrasiya proseslərinin daha da təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Özbəkistan Xarici İşlər Nazirliyi isə öz növbəsində bildirib ki, müzakirələrdə Rusiyada işləyən ölkə vətəndaşlarının hüquq və qanuni maraqlarının müdafiəsi probleminə də toxunulub. Müzakirələrdə Özbəkistan tərəfi miqrasiya yoxlamaları və reydlər zamanı öz vətəndaşlarının, o cümlədən həm qanuna tabe olan şəxslərin, həm də miqrasiya qanunvericiliyini pozmuş vətəndaşların hüquqlarının və insan ləyaqətinin hər hansı formada pozulmasının qarşısının alınmasının prinsipial əhəmiyyətini xüsusi qeyd edib. “Görüşdə tərəflərin miqrasiya proseslərinin sadələşdirilməsinə və Özbəkistan vətəndaşlarının Rusiyada qanuni məşğulluğu üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş praqmatik və qarşılıqlı hörmətə əsaslanan dialoqun inkişafına sadiqliyi təsdiqlənib”, – Özbəkistan XİN vurğulayıb.

Yekaterinburq cinayətinin pərdəarxası

Qeyd edək ki, ötən ilin yayında Özbəkistan Rusiyada öz vətəndaşlarına qarşı icazəsiz yoxlamalar, hörmətsizlik və kobud rəftar barədə məlumatlardan narahatlığını Moskvanın diqqətinə çatdırmışdı. Özbəkistan səfirliyi Moskvanın Sokolniki rayonunda təhlükəsizlik yoxlaması zamanı çevik qüvvələrin Rusiyada “müvəqqəti işləyən xarici vətəndaşlara qarşı fiziki güc tətbiq etməsi” xəbərlərindən sonra Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. Daha əvvəl, may ayında Özbəkistan XİN-ə çağırılan Rusiya səfirinə “əmək miqrantları ilə kobud rəftar halları” barədə məlumat verilib. Xatırladaq ki, son vaxtlar Rusiyada nəinki miqrantlara, hətta bu ölkənin vətəndaşı olan digər xalqların nümayəndələrinə qarşı da təzyiqlər, habelə çevik qüvvələrin və hüquq-mühafizə orqanlarının zorakılıq halları xeyli artıb. Bu baxımdan, azərbaycanlılara qarşı aparılan siyasət xüsusi qəddarlığı ilə seçilir. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
azvision.az

1Mənbələr