AZ

Ermənistan təcavüzkarlığına görə 15 min hərbçisini itirib

Yanvarın 27-si Ermənistanda Anım Günü olaraq qeyd edilir. Bu tarix Ermənistanın iştirak etdiyi bütün müharibələrdə ölənləri anmaq üçün qeyd olunur. 

News365.az xəbər verir ki, Ermənistan tərəfi təcavüzkar müharibələrində ölən hərbçiləri ilə bağlı stratistikanı dərc edib. 

Belə ki, erməni mənbələrinə əsasən, I Qarabağ müharibəsində 6 min, Aprel döyüşlərində 100, II Qarabağ müharibəsində 4 min, 2021-2023-cü illərdə 500 hərbçisini itirib. Statistikaya atəşkəs dövründə ölən 4 min hərbçi də daxil edildikdə, Azərbaycana qarşı işğalçılıq siyasəti Ermənistana təxminən 15 min hərbçisinin ölümü və tam kapitulasiya etməsi ilə nəticələnib. 

Seçilən
0
1
news365.az

2Mənbələr