AZ

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-ə yaxın artıb

Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 524,5 milyon manat təşkil edib.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 5,9 % azdır.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 16,8 % artıb.

Ötən ili sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət ötən il noyabrın sonuna 1,8 %, əvvəlki ilin sonuna isə 1,5 % olub.

Seçilən
34
5
far.az

6Mənbələr