AZ

Bakıda ötən il 2500-dən çox yol qəzası baş verib

Ötən il ərzində paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Qaziler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

 

"Bu qəzaların təhlili göstərib ki, yüksək sürət, svetoforun qadağanedici işarəsində hərəkət etmə, ara məsafəsinin gözlənilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi əsas səbəblərdir. Hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib", - məlumatda vurğulanıb.

Seçilən
53
15
qaziler.az

10Mənbələr