AZ

“Arda Gülər gələcəkdə dünya səviyyəli top futbolçu olacaq”

Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa yarımmüdafiəçi Arda Gülər barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Madrid Universal" çalışdırıcının dediklərini belə çatdırıb.

 “Güləri yalnız öz gözlərimlə gördüklərimə əsasən qiymətləndirə bilərəm. Onun çox böyük potensialı və qeyri-adi istedadı var. Ardanın meydan baxışı mükəmməldir, ötürmələri fantastikdir. O, hələ gəncdir və inkişaf üçün geniş imkanlara malikdir, eyni zamanda çox əzmlə çalışır. Biz onun istedadını tam şəkildə üzə çıxarmaq istəyirik. Bu keyfiyyətlər xüsusilə yarımmüdafiə və hücum xəttində özünü daha aydın göstərir. Şübhəm yoxdur ki, zamanla o, dünya miqyasında top futbolçuya çevriləcək”

20 yaşlı futbolçu Xabi Alonso dövründə mövsümə parlaq start versə də, komandanın ümumi enişi fonunda onun oyununda da geriləmə müşahidə olunub. Məşqçi dəyişikliyindən sonra isə perspektivli türkiyəli yarımmüdafiəçi yenidən əsas heyətdə müntəzəm forma almağa başlayıb.

Qeyd edək ki, Arda Gülər cari mövsümdə keçirdiyi 32 oyunda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
90deqiqe.az

1Mənbələr