AZ

Uşaqların şəxsi sirrini saxlamaq hüququ olacaq

Bakı. Trend:

Uşaqların şəxsi və ailə həyatının sirri qanunla qorunacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaqhüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, hər bir uşağın şəxsi və ailə həyatınınsirrini saxlamaq hüququ olacaq. Qanunla nəzərdə tutulan hallardanbaşqa uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağanediləcək. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuzmüdaxilədən müdafiə hüququ olacaq.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla uşaq izləniləbilməyəcək, video və foto çəkilişinə, səs yazısına və digər bu cürhərəkətlərə məruz qoyula bilməyəcək.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla dövlət uşaqlarınyazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitəvasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququnatəminat verir.

Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onlarıntoplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləriqanunla müəyyən ediləcək.

Uşağın tutulmasına, həbs edilməsinə və ya azadlıqdan məhrumedilməsinə yalnız İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessualməcəllələrində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilir.Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinəvə ya digər qanuni nümayəndələrinə, habelə ərazi üzrə aidiyyətiuşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya dərhal məlumatverilməlidir.

Seçilən
34
az.trend.az

1Mənbələr