AZ

“Əsas problem “Qarabağ”a ilk ev oyunundakı məğlubiyyət oldu” – Mourinyo 

“Bu mərhələnin əsas problemi “Qarabağ”a ilk ev oyunundakı məğlubiyyət oldu. Qalib gəlməli olduğumuz oyunda uduzduq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Benfika”nın baş məşqçisi Joze Mourinyo deyib. O, daha sonra belə davam edib:

“Həmin görüşdə qələbə olsaydı, indi doqquz xalımız var idi və növbəti mərhələyə keçməyimizə cəmi bir xal qalacaqdı. Hər halda, bu oyundakı nəticə digər görüşlərə də təsir etdi. Uduzduğumuz elə oyunlar oldu ki, ədalətsiz nəticələr qeydə alındı. Məsələn, “Bayer”ə 0:1 hesablı məğlubiyyəti qeyd edərdim. Tamamilə ədalətsiz şəkildə uduzduq”.

Seçilən
10
1
idmanxeber.az

2Mənbələr