ABŞ Prezidenti Donald Tramp ABŞ-nin mətbuatına bildirib ki, Kuba hakimiyyəti və iqtisadiyyatı çöküşə yaxındır, çünki adanın əsas iqtisadi dəstəyi ( Venesueladan gələn neft və maliyyə yardımı ) son vaxtlar kəsilib.
“İki sahil” xəbər verir ki, Tramp bu fikirlərini 27 yanvar 2026-cı il tarixində jurnalistlərə açıqlayıb və vurğulayıb ki, Kuba “çox yaxın zamanda uğursuz olacaq” və “çöküşün astanasındadır”.
Tramp sözlərinə görə, Kuba uzun illər Venesueladan neft və pul alaraq iqtisadiyyatını dəstəkləyib, lakin bu dəstək artıq mövcud deyil. O, bu vəziyyəti ABŞ-ın bölgədəki siyasəti və Venesuelada baş verən dəyişikliklərlə bağlayıb.
Qeyd edək ki, Kubada turizmin kəskin azalması, enerji və əsas ehtiyac mallarının çatışmazlığı kimi problemlər ölkənin iqtisadi vəziyyətini daha da çətinləşdirir. Böhran nəticəsində paytaxt Havana və digər şəhərlərdə həyat səviyyəsi aşağı düşüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta