AZ

2025-ci ildə dövlətə ən çox mənfəət vergisi ödəyən banklar: Kapital Bank liderliyini qoruyur

Azərbaycan bankları ötən 2025-ci ildə dövlət büdcəsinə ümumilikdə 316.78 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Bu rəqəm 2024-cü ildə ödənilən 196.6 mln manatdan 120.2 mln. manat və ya 61 faiz çoxdur. 

2025-ci ildə dövlət büdcəsinə ən çox vergi verən bankların siyahısına liderliyi ölkənin birinci bankı Kapital Bank edir. Bank il ərzində 86.18 mln. manat vergi ödəyərək sektor üzrə liderliyini qoruyub saxlayır.  

İkinci pillədə isə 82.22 mln. manat ilə ABB qərarlaşır. Onu 52.79 mln. manat ödənişlə “PAŞA Bank” izləyir. Dördüncü yerdə 16.15 mln. manat ilə “Bank Respublika”, beşinci yerdə isə 13.78 mln. manat məbləğində mənfəət vergisi ödəyən “Xalq Bank” yer alır.

Qeyd edək ki, mənfəət vergisi bankların maliyyə ili üzrə əldə etdiyi xalis mənfəətdən dövlət büdcəsinə ödədiyi vergidir. Azərbaycanda banklar üçün mənfəət vergisinin dərəcəsi 20 faiz təşkil edir.

Seçilən
48
12
ikisahil.az

10Mənbələr