AZ

ABL: "Sabah" "Neftçi" ilə üz-üzə

Azərbaycan Basketbol Liqasında bu gün 11-ci turdan təxirə salınmış iki oyundan biri keçiriləcək.

Fanat.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sabah" ilə "Neftçi" münasibətlərinə aydınlıq gətirəcəklər. 

Bakı İdman Sarayında baş tutacaq görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, 11-ci turun daha bir təxirə salınan oyunu - NTD - "Gəncə" qarşılaşması 29 yanvarda keçiriləcək.

Turun əvvəlki oyunlarının nəticələri: "Ordu" – "Naxçıvan" 86:64, "Sumqayıt" – "Lənkəran" 99:95, "Sərhədçi" – "Quba" 97:78, "Abşeron Lions" – "Şəki" 107:82.

ABL
11-ci turun oyunu
28 yanvar

20:00 "Sabah" – "Neftçi" 
Bakı İdman Sarayı. 

A qrupu 

1. Abşeron Lions 14 13 1 +147 27
2. Sabah 13 12 1 +312 25
3. Neftçi 13 6 7 +52 19 
4. Gəncə 13 5 8 -60 18
5. Şəki 14 2 12 -222 16
6. NTD 13 2 11 -229 15

B qrupu

1. Ordu 14 13 1 +246 27
2. Naxçıvan 14 11 3 +87 25
3. Quba 14 5 9 -32 19 
4. Sumqayıt 14 5 9 -124 19
5. Sərhədçi 14 4 10 -85 18
6. Lənkəran 14 4 10 -92 18
 

Seçilən
3
fanat.az

1Mənbələr