AZ

"Qüvvədə olan qanunumuz müasir tələblərlə uzlaşmır" - Bahar Muardova

"Yeni qanun layihəsi Azərbaycanda uşaq hüquqularının təmin edilməsi sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan aktdır. Məqsədimiz qanunvericilikdə təsbit olunmuş uşaq hüquqularının real həyatda təmin edilməsi və qorunmasıdır. Bunun qorunması üçün yeni çərçivələr müəyyən edən akta ehtiyac vardır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən iclasda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, uşaqlara qarşı zorakılıq və onun formaları, cismani cəza kimi anlayışlar ilk dəfə olaraq qanunvericiliyə daxil edilib: "Təbii ki, cismani cəza varsa, onu aradanq aldıran mexanizm də mövcud olmalıdır. İlk dəfə olaraq uşaqlara qarşı cismani cəza ayrıca təsbit olunur".

B.Muradova qeyd edib ki, son illər Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm institusional və normativ dəyişikliklər həyata keçirilib: "Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” bu sahədə islahatların əsas yol xəritəsi olub. Strategiyanın icrası çərçivəsində 11 qanunvericilik aktı qəbul edilib, 2020-2025-ci illəri əhatə edən birinci fəaliyyət planı uğurla başa çatıb.Hazırda ikinci fəaliyyət planının layihəsi üzərində iş aparılır. Müzakirəyə təqdim olunan yeni qanun layihəsi məhz həmin Strategiyanın 2020–2025-ci illər üçün Fəaliyyət Planının 5.1.2-ci bəndinin icrası məqsədilə hazırlanmışdır və 16 dövlət orqanı ilə razılaşdırılıb. Təcrübə göstərir ki,uşaq hüquqlarının təmin edilməsi üçün tənzimləmələr nəzərdə tutan sahəvi aktlar bir çox hallarda beynəlxalq sənədlərdə təsbit edilmiş vahid yanaşmaları tam və aydın əhatə etmir. Qüvvədə olan qanunumuz isə müasir tələblərlə uzlaşmır. Bu səbəbdən müvafiq standartlara və müasir sosial reallıqlara uyğun olan, güclü preventiv və qoruyucu mexanizmləri nəzərdə tutan yeni qanuna ehtiyac vardır".

Seçilən
34
5
sabahinfo.az

6Mənbələr