
İranda İsrail kəşfiyyatının xeyrinə casusluq etməkdə ittiham olunan ölkə vətəndaşına verilən ölüm hökmü icra olunub.
AFN.az İranın "Mehr" agentliyinə istinadən xəbər verir ki, Həmid Rza Sabit İsmayılpur İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirli bilinib.
İstintaq materiallarına görə, 2025-ci il aprelin 28-də saxlanılan şəxs "Mossad" əməkdaşları ilə müntəzəm əlaqə saxlayaraq onlara məxfi məlumatlar və sənədlər ötürüb.
İran Ali Məhkəməsi tərəfindən təsdiqlənən edam hökmü asılma yolu ilə həyata keçirilib.