JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
“İlk növbədə qeyd edim ki, “PAŞA Bank” davamlı dividend ödəyən bankdır. Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu göstərici bir neçə il ardıcıl şəkildə qorunub saxlanılıb”.Bunu “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.Cavid Quliyev vurğulayıb ki, Azərbaycanın sabit siyasi və iqtisadi mühiti fonunda, bazarda lider mövqedə olan korporativ bankın maliyyə nəticələrində iştirak etmək əhali üçün uzunmüddətli baxımdan cəlbedici imkan yaradır:“Hazırda əhali və pərakəndə investorlar üçün əsas maliyyə alətləri depozitlər və istiqrazlardır. Biz isə bazara özəl bank kimi ilk dəfə səhm emissiyası ilə çıxırıq. Dividend siyasətimizi və ölkədəki sabit iqtisadi mühiti nəzərə alaraq düşünürük ki, səhmdarlar üçün cəlbedici və davamlı gəlir imkanı formalaşacaq.Hazırda əsas çərçivəni paylaşırıq, proses artıq rəqəmlərlə işlənən mərhələyə keçib. Əlavə maliyyə parametrləri ilə bağlı məlumatları növbəti həftələrdə ictimaiyyətə təqdim edəcəyik. Yəni bazara yeni və alternativ investisiya aləti çıxarırıq”.Bankın sədri bir daha qeyd edib  ki, Paşa Bank illər boyu 35–40% dividend ödəniş siyasətinə sadiq qalıb və bu da potensial investorlar üçün mühüm üstünlükdür.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX