"Hazırda İranda müharibə riski artmaqdadır. Barıt çəlləyinə çevrilməkdə olan bu ölkənin qonşularına, xüsusilə, Azərbaycana təhlükə yaratmaq ehtimalı böyükdür. Regionda baş verə biləcək təhlükəli proseslərdən İranın qurtulub və yaxud qurtulmayacağını isə demək çətindir. Biz yalnız və yalnız İrandakı 40 milyona yaxın soydaşlarımıza görə narahatıq". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: " Əgər ABŞ silahlı qüvvələri hərəkətə keçib İranda əsas hədəfləri məhv etməyə başlayacaqsa, o zaman mülki vətəndaşlar da zərər görə bilər. Hətta qonşu ölkələrə qaçqın axının baş verməsi gözləniləndir. Ümid edirik ki, Azərbaycanla Türkiyənin müvafiq qurumları bu məsələlərlə bağlı intensiv danışıqlar aparır.
Görün, molla rejimi vəziyyəti hansı həddə gətirib çıxarıb. Əvvəldən bəlli idi ki, İranın siyasəti heç zaman regionda sabitliyə, konstruktiv əməkdaşlığa xidmət etmirdi. İslamın vacib prinsiplərindən uzaq düşərək məkr, təhdidlə normal qonşuluq prinsiplərini zədələmək, dünyaya meydan oxumaq siyasəti acınacaqlı sonluğa yaxınlaşır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31