AZ

Yurgen Klopp yeni liqa yaradır

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Almaniyada yeni futbol liqasının yaradılması ilə bağlı planlar üzərində çalışır.

Msport.az xəbər verir ki, Klopp gənc futbolçuların Bundesliqaya keçiddən əvvəl vacib təcrübə qazanmalarına kömək edəcək U-21 liqasının yaradılmasını planlaşdırır.

O, bu layihə üzərində Markus Kröşe, Sami Xedira, Andreas Rettig və Mark Lentslə birgə işləyir. Qeyd olunur ki, yeni liqa ideyası gənc istedadların əsas komandalara düşməkdə çətinlik çəkməsi ilə bağlı artan narahatlıq fonunda yaranıb.

Təşkilatçıların fikrincə, hazırkı sistemin əsas çatışmazlıqları bunlardır: Avropanın ən məhsuldar 100 akademiyası sırasında cəmi 9 alman akademiyasının yer alması, Bundesliqanın Avropanın beş aparıcı liqası arasında öz sistemində yetişmiş futbolçuların sayına görə sonuncu olması, həmçinin Bundesliqada oyun vaxtının 85 faizinin akademiyadan çıxmamış oyunçulara məxsus olması.

Hazırda Yurgen Klopp “Zalsburq” strukturunda futbol istiqaməti üzrə qlobal rəhbər vəzifəsini tutur.

Seçilən
50
1
msport.az

2Mənbələr