AZ

QRUP SEKSİ VƏ KOKAİN... Barmen məşhur müğənni və aktyorları baqaja qoydu

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul Baş Prokurorluğu tərəfindən məşhur aktyor, aktrisa, müğənni və teleaparcılara qaşrı qrup seksi v narkotik ittihamı ilə açdığı cinayət işindən yeni xəbər var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qrup seksi və narkotik qəbuluna təşkilatçılıq etdiyi iddia olunanlardan biri - Kasım Qaripoğlunun ad günü münasibətilə keçirdiyi 48 saatlıq məclislərin birində  barmenlik edən Atilla Aydın öz xahişi ilə həbsxanada prokurorluğa yenidən ifadə verib.

Məlumatda əsasən, həbsdə olan barmen 20 məşhur şəxsin narkotik və qrup seks məclislərində iştirak etdiyini iddia edib.

O, ifadəsində aşağıdakı şəxslərin adlarını çəkib:

"Merve Taşkın

Burak Ateş

Şevval Şahin

Buse İskenderoğlu

Lerna Elmas

Şeyma Subaşı

Eliz Sakuçoğlu

Özge Ertöz

İrem Aksaç

Mehmet Can Çelik

Mert Ayaydın

Murat Han Günal

Cengiz Can Atasoy

Yusuf Tekin

Süreyya Arioba

Asil Mert Çadırcı

Burak Altındağ

Ege Mutaf

Sandra Alazoğlu

Suranaz Şahin".

Barmen ifadəsində qeyd edib ki, məclisə gələnlər telefonların kilidli kabinetlərə atırmışılar: "Məclisdə belə sərt qaydalar vardı. Məclis başlayanda telefonlarımızı kilidli kabinetlərə qoyardıq. Qaydalara əməl etməyən işçilər bir daha belə pulu məclisə dəvət olunmazdılar. Həmin iki gün davam edən məclisə gəldikdə isə, orda hər addımda döşəmədə kokain qəbulu üçün rulon halına salınmış pullara rast gəlmək olardı. Buna paralel olaraq, narkotik istifadə edən insanlar üçün ayrıca otaq da vardı. Tualetlərdəki kranların ətrafında kokain tozu gözə çarpırdı. Evin hər yerində insanların narkotik istifadə etdiyini görürdük. Bəli, o məclis 48 saat çəkdi. Əyləncənin sonunda təmizlik işləri apardığımız zaman boşqablarda belə xeyli miqdarda narkotik qalığı var idi."

Barmen Atilla Aydın ifadəsində daha sonra deyib: "Peşəm barmenlikdir. Evlərdə və otellərdə əyləncə və tədbirlər təşkil edən yerlərə gedərək dolanışığımı təmin edirəm. Narkotik istifadə etdiyimi etiraf edirəm. Kasım Qaripoğlunun evində əyləncə keçirilərkən, bəli, mən də qalıq narkotikdən istifadə etmişəm. Peşmanam...".

Hüseyn Namazov

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
mia.az

1Mənbələr